AZ

Azərbaycanda virtual sevgi tələsi, yaşanan faciələr - Valideynlər üçün həyəcan təbili

Goranboyda 9-cu sinif şagirdinə qarşı törədilən cinsi zorakılıq hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub. İstintaq materiallarına görə, qız internetdə tanış olduğu şəxs tərəfindən aldadılaraq əvvəlcə inam qazanılıb, daha sonra isə istismara məruz qalıb.

Ölkə.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, buna səbəb son illər virtual iyunların geniş yayılmasıdır:

“Bu hadisə müasir dövrün təhlükəli tendensiyalarından biri olan onlayn cəlbetmə, sevgi asılılığı yaratma və sonradan sui-istifadədir. Proses adətən latent gedir, yəni gizli şəkildə davam edir. Ona görə də hüquqi mexanizmlər çox vaxt gecikmiş şəkildə tətbiq olunur. Valideynlərin əksəriyyəti bəzi oyunları təhlükəsiz hesab edir və uşaqlarının evdə vaxtını bu oyunlarla keçirməsini normal qarşılayır. Lakin çoxu bilmir ki, bəzi oyunların tərkibində cinsi təcavüz və istismar üçün mesajlar gizlənir. Bu mesajlar oyun zamanı iştirakçıların beyninə sanki hopdurulur”.

M.Zeynalova bildirib ki, əvvəlcə əyləncəli görünən bu oyunlar sonradan ciddi fəsadlar yarada bilər:

“Əksər ailələr belə oyunlardan xəbərsizdir və bu barədə məlumat toplamaq üçün heç bir araşdırma aparmır. Valideynin məlumatsız olması onun ittihamını aradan qaldırmır. Xüsusilə də elə yaş qrupları var ki, müasir onlayn dünyadan tam xəbərsizdir”.

QHT sədrinin fikrincə, maarifləndirmə tədbirləri genişləndirilməlidir:

“Yaxşı olardı ki, bu mövzuda QHT-lər və müvafiq qurumlar əhalini davamlı məlumatlandırsın. Daxili İşlər Nazirliyinin dələduzlarla bağlı apardığı maarifləndirici məlumatlar insanlara böyük dəstək olur. Məncə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu oyunları araşdıraraq genişmiqyaslı məlumatlandırma kampaniyalarına güc verməlidir”.

Seçilən
14
1
olke.az

2Mənbələr