Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Almaniyanın "Bavariya" klubunun 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Koman ilə müqavilə imzalayıb.
"Report"un məlumatına görə, bu barədə klubunun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilə qədər imzalanıb.
Qeyd edək ki, daha əvvəl KİV-də "Əl-Nəsr"in Komanın transferi üçün 30 milyon avro ödədiyi barədə məlumat yayılmışdı.