İngiltərə Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyunda son çempion "Liverpul" evdə "Bornmut" klubunu qəbul edib.

Gərgin və həyəcan dolu keçən oyunda ev sahibləri 4:2 hesabla qalib gəldilər və nəticədə mövsümə 3 xalla başladılar.

Qollar: Huqo Ekitike (37'), Kodi Qakpo (49'), Antoine Semenyo (64', 77'), Federiko Çiesa (88'), Mohamed Salah (90+4')