AZ

Ağ Ev Trampla Putinin görüşünü "tarixi" adlandırıb

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Alyaskada keçirilən görüşünü tarixi adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi "X" hesabında paylaşım edilib.

Trampla Putinin təyyarədən endikdən sonra birlikdə avtomobilə doğru hərəkət etdikləri andan şəkil paylaşan Ağ Ev fotoya "tarixi" şərhini əlavə edib.

Qeyd edək ki, Rusiya və ABŞ liderlərinin görüşü yerli vaxtla saat 23:30-da başlayıb. Görüş mətbuata qapalı keçirilir.

Seçilən
12
1
report.az

2Mənbələr