Putin atəşkəslə razılaşmasa, ABŞ “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edə bilər.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
“ABŞ hesab edir ki, iki neft nəhənginə qarşı sanksiyalar təhlükəsi Putini atəşkəsə razılaşmağa sövq edə bilər. Digər mümkün variantlara Rusiyanın “kölgə donanması”na məhdudiyyətlərin artırılması və Çin də daxil olmaqla, Rusiya neftinin alıcıları üçün əlavə rüsumların tətbiqi daxildir”, - məlumatda bildirilib.