İsrail ordusu Livanın Nəbatiyə şəhərinə aviazərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələri Nəbatiyə şəhərindəki Əli əl-Tahir meşə sahələrinə şiddətli hava hücumu həyata keçirib.
İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.