AZ

Britaniya Ukraynaya ilk qoşunlarını göndərəcək

Böyük Britaniya Rusiya ilə nəzəri olaraq barışıq əldə etdikdən sonra ilk həftədə Ukraynaya ilk qoşunlarını göndərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna ordusunun yenidən qurulmasına kömək etmək üçün hərbi əməliyyatlar dayandırılacağı təqdirdə yüzlərlə britaniyalı hərbi təlimatçı və mühəndisin ölkəyə daxil olacağı bir plan var.

Böyük Britaniya Baş naziri Keyr Starmer də Rusiyanın atəşkəsi pozmamasını təmin etmək üçün müttəfiqlərlə birlikdə Ukrayna səmasında patrul xidməti həyata keçirmək üçün RAF döyüş təyyarələrinin istifadəsini təsdiqləyib.

Seçilən
13
1
axar.az

2Mənbələr