AZ

Putinin xüsusi nümayəndəsi Alyaskada hərbi texnikanın görüntülərini paylaşıb

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların getdiyi Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson aviabazasından hərbi texnikanın görüntülərini paylaşıb.

Oxu.Az RBK-ya istinadla xəbər verir ki, o, müvafiq videonu "Instagram" səhifəsində yerləşdirib.

Görüntülərdə, xüsusilə, hərbi yük maşını, "Stryker" zirehli transportyoru və haubitsa görünür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
37
oxu.az

10Mənbələr