Rusiya və ABŞ nümayəndə heyətlərinin Alyaskada keçiriləcək işçi naharının menyusu və oturma planı məlum olub.
“Qafqazinfo” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, siyasətçilərə ilk olaraq şampan sirkəli sous ilə yaşıl salat və rozmarin - limon yağlı xüsusi çörək təqdim olunacaq.
Qarnir olaraq kartof püresi, şirniyyat menyusunda isə dondurma ilə servis edilən krem-bryule var.
Bundan əlavə, yayılmış sxemdə Rusiya Prezidenti Vladimir Putinin adı “H.E. Putin” (His Excellency - “Zati-aliləri”) kimi qeyd olunub.
ABŞ prezidenti Donald Tramp isə sxemdə xüsusi rəmz ilə göstərilib.

