BAKI, 16 avqust. TELEQRAF
Donald Trampla Vladimir Putin birifinqdən sonra nahar edəcəklər.
Teleqraf liderlər üçün hazırlanmış menyunu təqdim edir.
Süfrəyə əvvəlcə şampan sirkəsində yaşıl salat veriləcək. Yanında isə rozmarin-limon yağı ilə turş mayalı çörək olacaq.
Ziyafətin əsas yeməkləri isə Brendi və istiotlu sousla hazırlanmış dana filesi ilə mayonez və soğan sousunda bişmiş halibut balığıdıt (Olimpiya üsulu).
Ara yeməklər kimi kərə yağında çırpılmış kartof püresi və qovrulmuş qulançar təqdim ediləcək.
Liderlər desert olaraq dondurmalı krem-brüle yeyəcəklər.