Türkiyənin “Göztepe” klubunun futbolçusu Romulo Kardoso Almaniya təmsilçisi “Leypsiq”ə keçib.
Publika.az xəbər verir ki, “buğalar” braziliyalı forvard 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Transferin məbləği 20 milyon avro və əlavə olaraq 5 milyon avro bonusdan ibarətdir.
Ötən mövsüm 23 yaşlı braziliyalı hücumçu Türkiyə çempionatında 29 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.