Rusiya və ABŞ nümayəndə heyətlərinin Alyaskada keçiriləcək işçi naharının menyusu və oturma planı məlum olub.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçilərə ilk olaraq şampan sirkəli sous ilə yaşıl salat və rozmarin - limon yağlı xüsusi çörək təqdim olunacaq.
Qarnir olaraq kartof püresi, şirniyyat menyusunda isə dondurma ilə servis edilən krem-bryule var.
Bundan əlavə, yayılmış sxemdə Rusiya Prezidenti Vladimir Putinin adı “H.E. Putin” (His Excellency - “Zati-aliləri”) kimi qeyd olunub.
ABŞ prezidenti Donald Tramp isə sxemdə xüsusi rəmz ilə göstərilib.
***
Rusiya və ABŞ nümayəndə heyətləri üçün planlaşdırılan nahar ləğv olunub.
Bu barədə “gazeta.ru” məlumat yayıb.
Hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib.

