AZ

Novxanıda bir nəfər dənizdə batıb

Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəvi hadisə baş verib.

Sitat.info   xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramov Murad dənizdə çimərkən boğulub.

Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
55
9
sitat.info

10Mənbələr