AZ

Putin və Trampın mətbuat konfransı sinxron tərcümə ilə keçiriləcək

Görüşdən sonra Rusiya və ABŞ prezidentləri mətbuat konfransı sinxron tərcümə ilə aparılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bunu görüşdə iştirak edən rusiyalı jurnalistlər bildirib. Görüşlə bağlı mətbuata açıqlamalar Elmendorf-Riçardson hərbi bazasının "Arctic Warrior" konqres mərkəzinin otaqlarından birində baş tutacaq.

Artıq otaqda səhnə, səhnədə iki tribuna quraşdırılıb, zalda isə Rusiya və Amerikadan olan media nümayəndələri üçün oturacaqlar yerləşdirilib. Ümumilikdə, 200 nəfərin mətbuat konfransında iştirak etməsi mümkündür. Zalda oturacaqların yanında tərcümə üçün qulaqlıqlıqlar da yerləşdirilib.

"Cebheinfo.az"

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr