Novxanı qəsəbəsində 2009-cu il təvəllüdlü Murad Bayramov dənizdə çimərkən boğulub.
Axar.az xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib.
Yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.