GƏNCƏ, 16 avqust. TELEQRAF
Gəncədə 9-cu sinif şagirdinin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürsosu xəbər verir ki, 2009-cu il təvəllüdlü Nəsrəddin Səfərovun meyiti yaşadığı evdən aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Gəncə Şəhər Prokurorkuğunda araşdırma başlanılıb.