AZ

Putinlə bu məsələdə razılığa gəlmişik - Tramp

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəlmişik.

"Bakuinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına müsahibəsində bildirib.

Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, bu, onların müzakirə etdiyi məqamlardır:

“Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".

Seçilən
72
50
bakuinfo.net

10Mənbələr