AZ

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb - Vətən Naminə

">

Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub.

Asiman Xəlili                                          

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
138
12
vetennamine.az

10Mənbələr