AZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə bu ilin 11 ayında 17,2 milyon müraciət qeydə alınıb - Vətən Naminə

">

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 7,3 milyon dəfə istifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, sosial ödənişlər üzrə 217 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 355 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Yanvar-noyabr aylarında ümumilikdə Nazirlikdə 368 milyon e-sorğu, müraciət və xidmət sayı qeydə alınıb.

 

Əmək

Asiman Xəlili                                          

Vətən Naminə Mətbuat Xidməti           

Seçilən
119
4
vetennamine.az

5Mənbələr