AZ

ABŞ-Rusiya prezidentləri hansı məsələlərdə razılaşdılar?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində deyib.

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub.

Buna cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
50
olaylar.az

10Mənbələr