AZ

"Kəpəz" növbəti transferini açıqladı

Bakı. Trend:

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz"yeni oyunçu transfer edib.

Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. FilDişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqaviləimzalanıb.

Donaldın son klubu Belarusun BATE klubu olub.

Qeyd edək ki, "Kəpəz" bunadək Adil Şükürov (baş məşqçi), ŞakirSeyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta",Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), OtarAptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu"Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), OlavaleOnanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijao (son klubu"Sentral Kost Mariners", Avstraliya), Cefferson Masiel Bentunu (sonklubu “Portimonense”, Portuqaliya) kluba cəlb edib.

Seçilən
66
36
az.trend.az

10Mənbələr