BAKI, 16 avqust. TELEQRAF
Bu gün "Qafqazinfo" xəbər portalı 15 illik fəaliyyətini tamamlayır. 2010-cu ilin 16 avqustunda fəaliyyətə başlayan sayt, ilk gündən etibarən kiçik bir komanda ilə yola çıxmış, bu gün isə 30-dan çox peşəkar əməkdaşı ilə geniş xəbərləri təqdim edir.
Sayt ölkədaxili və beynəlxalq xəbərləri işıqlandırmaq məqsədilə illər ərzində sıralarını artırıb, həm peşəkar jurnalistləri, həm də gənc istedadları öz ətrafında birləşdirib.
"Qafqazinfo"nun sosial şəbəkələrdəki təsiri də hər ötən gün artır. Sayt sosial media platformalarında geniş auditoriyaya malikdir və artıq iki ildir ki, rəsmi instaqram, feysbuq və teleqram hesabları təsdiqlənib.
15 illik fəaliyyətində "Qafqazinfo" həmişə xəbərlərin ilk mənbəyi olaraq diqqət çəkib. Portalın əməkdaşları və oxucuları ilə birlikdə daha uzun illər boyu uğurlu fəaliyyət davam etdirilməkdədir.
"Teleqraf" İnformasiya Agentliyinin kollektivi "Qafqazinfo"da çalışan həmkarlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.