AZ

Qusarda kafedə barmeni döyən şəxs həbs edilib

Bakı.Trend:

Qusar şəhərində kafedə barmeni döyən şəxs 6 ay müddətəazadlıqdan məhrum edilib.

Trend-inməlumatına görə, hadisə təqsirləndirilən şəxs əlavə pivə sifarişetdikdə bitməsi səbəbindən baş verib.

Belə ki, təqsirləndirilən şəxs toy məclisindən çıxıb, sərxoşvəziyyətdə kafeyə gələrək 4 bakal pivə içib. Daha sonra əlavə 1bakal pivə sifariş edib. Pivə qurtardığı üçün bakal tam dolmayıb.Bu səbəbdən kafenin barmeni digər bakaldan pivəni onun bakalınasüzərək verib. Barmenin bu hərəkəti təqsirləndirilən şəxsiəsəbləşdirib. Sonra yumruqla onun sifətinə vuraraq ona xəsarətyetirib.

Qusar rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsCinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətəməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlıqdanməhrum etmə cəzasına məhkum edilib.

Məqalədə:
Seçilən
53
5
az.trend.az

10Mənbələr