Cəlilabadda qətl hadisəsi törədilib.
Axar.az xəbər verir ki, rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanova qətlə yetirilib.
Onun qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən öldürüldüyü bildirilir.
Qətlin motivi hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.