AZ

Tramp: Putinlə danışıqlar zamanı böyük irəliləyiş əldə etmək mümkün oldu

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra “Fox News” kanalına müsahibə verib.

Aznews.az xəbər verir ki, Tramp müsahibəsi zamanı bir neçə əsas məqama toxunub.

O bildirib ki, Ukrayna böhranının həlli üzrə razılığın əldə olunmasının mümkünlüyü indi prezident Volodimir Zelenskidən və Avropa ölkələrindən asılıdır.

Tramp həmçinin bildirib ki, Zelenski Rusiya ilə münaqişədə itirəcəyi çox şey olduğunu qəbul etməlidir.

Bundan başqa Tramp Rusiyanı Ukraynadan fərqli olaraq qüdrətli dövlət hesab etdiyini bildirib və Kiyevə razılaşma əldə etməyi tövsiyə edib.

Seçilən
120
42
aznews.az

10Mənbələr