AZ

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub, bu da illik müqayisədə 0,1% azalma deməkdir.

"Cebheinfo.az" bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.

"Cebheinfo.az"

Seçilən
59
8
cebheinfo.az

9Mənbələr