Qırğızıstan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Orxan Əliyev bu turda da fərqlənməyi bacarıb
Onun çıxış etdiyi “Özgön” klubu evdə “Alqa” komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 27-ci dəqiqədə penalti zərbəsindən Əliyev vurub.
Bu, onun iyul ayından bəri üçüncü qoludur.
Hazırda “Özgön” 25 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.