Rusiyanın Ryazan vilayətində çoxsaylı insanın ölümü ilə nəticələnən faciə səbəbindən avqustun 18-i matəm günü elan edilib.
Ölkə.az xəbər verir ki, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.
Qubernator bildirib ki, avqustun 18-də Şilovski rayonundakı müəssisədə yanğın zamanı 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar Ryazan vilayətində birgünlük matəm elan edilib.
Onun sözlərinə görə, həmin gün bütün rayonda bayraqlar endiriləcək. Mədəniyyət müəssisələri, televiziya və radio şirkətləri və təşkilatlarından əyləncə tədbirlərinin ləğvi tələb olunub.
Mürtəza