Bakı. Trend:
Abşeron rayonunda talama cinayətləri qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda iki evdən 3060manat pul və qızıl-zinət əşyalarını oğurlayıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçiriləntədbirlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələgörə məhkum olunmuş 34 yaşlı T.Ağasıyev saxlanılıb.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən tədbir zamanı isə paytaxt sakininə məxsus mopedioğurlamaqda şübhəli bilinən 46 yaşlı X.Hidayətov tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.