AZ

Xalasıgilə getmək adı ilə evdən çıxdı, itkin düşdü: Şabranda 17 yaşlı qız axtarılır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Şabran rayonunda 17 yaşlı qız itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, rayon sakini Aytən Ömərova iyunun 19-da evdən çıxaraq Bakıya, xalasıgilə gedəcəyini deyib. Lakin o, nə xalasıgilə gedib, nə də evə qayıdıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan müraciət edilərək, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
oxu.az

1Mənbələr