AZ

Putin Alyaskadan qayıtdıqdan sonra bu bölgəyə getdi

Rusiya Prezidenti Vladimir Putin Alyaskadakı sammitdən qayıdarkən Çukotkaya səfər edib və bölgənin qubernatoru Vladislav Kuznetsovla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb.

 

Məlumata görə, görüş zamanı Putin qubernatora: "Necəsiniz, söhbətə nədən başlamaq istəyirsiniz?" - deyə müraciət edib.

 

Qeyd edək ki, bu, Vladimir Putinin Çukotkaya ikinci səfəridir. O, bölgəyə ilk dəfə 2024-cü ilin yanvarında gəlmişdi.


Seçilən
57
32
senzor.az

10Mənbələr