Ötən gün Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. Alyaskada 3 saat çəkən görüşün konkret nəticələri olmayıb. Bunun ardınca bir sıra Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng ediblər.
Modern.az xəbər verir ki, Tram-Ptin görüşündən sonra Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa liderləri Vladimir Zelenski ilə danışıq aparıblar.
Polşanın baş naziri Donald Tusk X-də yazıb:
“Avropa liderləri arasında prezident Trampın çatdırdığı məlumatlara və Alyaskadakı görüşün nəticələrinə qiymət verilmiş söhbət başa çatıb. Emmanuel Makron, Fridrix Merz, Keir Starmer və Giorgia Meloni ilə birlikdə biz Vladimir Zelenskinin fikrini dinlədik və birgə bəyanat hazırladıq”, - o əlavə edib.