ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Alyaskada gözəl və çox uğurlu gün oldu. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi, həmçinin Ukrayna prezidenti Zelenskiy və yüksək hörmətli NATO Baş katibi də daxil olmaqla müxtəlif Avropa liderləri ilə gecə telefon danışığı oldu”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Alyaska görüşünə münasibətdə qeyd edib.
“Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolu sadəcə atəşkəs razılaşması deyil, müharibəyə son qoyacaq sülh razılaşmasına birbaşa keçməkdir”, – Tramp bildirib.
ABŞ prezidenti deyib ki, Prezident Zelenski bazar ertəsi Vaşinqtonda Oval Ofisə gələcək:
“Hər şey yaxşı olarsa, biz prezident Putinlə görüş təyin edəcəyik. Bu potensial olaraq milyonlarla insanın həyatını xilas edə bilər.”
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.