AZ

Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi olub (FOTO)

Bakı.Trend:

15 avqust 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi,Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və“Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci ilEnactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı vərəqabətli mübarizə şəraitində keçən yarışın qalibi QarabağUniversitetinin Enactus komandası olub.

Trend xəbərverir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.

Məlumata görə, respublika üzrə 24 universitet komandasınınqatıldığı yarışın yarımfinal mərhələsinə 12, final mərhələsinə isə6 komanda yüksəlib. Finalda Qarabağ Universiteti, Bakı DövlətUniversiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan DövlətUniversiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisadUniversitetinin komandaları layihələrini təqdim edib və münsiflərinsuallarını cavablandırıblar.

Bildirilib ki, “Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindənibarət münsiflər heyətinin qərarına əsasən, Qarabağ UniversitetininEnactus komandası fərqlənərək birinci yerə layiq görülüb. Qələbəsayəsində Qarabağ Universitetinin Enactus komandası 2025-ci ilin25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus DünyaKubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokundaiştirak Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Qeyd edilib ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri vəsosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağahədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platforması hesabedilir. Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiqetməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyəşərait yaradır və azad sahibkarlığı təbliğ edir.

Qarabağ
Qarabağ
Qarabağ
Seçilən
34
7
az.trend.az

10Mənbələr