AZ

Cənubi Qafqazda “dəhliz savaşı” – Rusiya Azərbaycana hansı təkliflə gəlir?

Rusiya gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq”, – deyə o bildirib.

Rusiya və Azərbaycan arasında Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsi konkret olaraq hansı layihələri əhatə edir? Açılacaq kommunikasiyalar region ölkələri üçün hansı strateji üstünlüklər gətirə bilər?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a danışıb. İqtisadçı hesab edir ki, sözügedən açıqlama, səfər və müzakirələr bilavasitə Zəngəzur dəhlizi ilə bağlı olacaq:

“Çünki hazırkı vəziyyətdə prioritet istiqamətdə ən qızğın müzakirələr də məhz bunun ətrafında gedir. O ki qaldı ümumi dəhlizlərə, son vaxtlar Rusiyanın iştirakçı olduğu, Azərbaycandan keçən dəhlizlərdə də yükdaşımaçılıq artmışdır. Şimal–Cənub dəhlizi üzrə qeyd olunan son rəqəmlərdə göstərilir ki, məhz bu ilin birinci yarısında həmin dəhliz üzrə 4,6 milyon ton yük daşınıb. Eyni zamanda, Şimal–Qərb dəhlizi üzrə də 3 milyon tona yaxın yük daşınıb. Yəni göründüyü kimi, Şimal–Qərb dəhlizi də Rusiyadan gələrək Azərbaycanın Qərb dəhlizinə qoşulan və burada artıq Şərq–Qərb dəhlizinin bir hissəsi ilə birləşən marşrutdur.

Daşımaçılıq göstəriciləri kifayət qədər yüksəkdir. Sadəcə olaraq mən hesab edirəm ki, bu görüş bilavasitə Zəngəzur dəhlizi istiqamətində aparılan müzakirələrlə bağlıdır və burada dəhliz məsələsindən daha çox siyasi maraqlar ön plana çıxır.

O ki qaldı daşınacaq kommunikasiyalara, təbii ki, bütün kommunikasiyaların açıq olması bütün ölkələr üçün önəmlidir. Çünki kommunikasiyalar həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Başlanğıcda biz bunu iqtisadiyyatla əlaqələndirsək də, əslində həyatın digər bütün sahələrinə də təsirini göstərir”.

Seçilən
43
moderator.az

1Mənbələr