525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün "Qafqazinfo.az" saytının 15 yaşı tamam olur.
525.az xəbər verir ki, bu münasibətlər Mətbuat Şurası "Qafqazinfo.az"a təbrik məktubu ünvanlayıb:
“Azərbaycanda yeni media ənənələrinin formalaşmasında xüsusi rola malik "Qafqazinfo.az" saytının 15 yaşı tamam olur.
"Qafqazinfo.az" istedadlı qələm sahiblərinin jurnalistika dəyərlərinə sadiqlik ruhunda bir araya gəldikləri mərkəzdir. Bu mərkəz prinsipallığı ilə örnəkdir və saytın tutduğu obyektiv mövqe onu cəmiyyətdə populyarlaşdırıb.
Azərbaycan Mətbuat Şurası əmindir ki, operativliyi, hadisə və proseslərə özünəməxsus yanaşma tərzi ilə seçilən "Qafqazinfo.az" bundan sonra da yüksək statusunu qoruyacaq, etibarlı xəbər yayıcısı missiyasına yeni pozitiv çalarlar qazandıracaqdır. Ötən 15 ilin təcrübəsi bunun üçün mühüm təminatdır. Ötən 15 il həm də daha böyük rəqəmli yubileylərin müjdəçisidir. Nəzərə alaq ki, dinamik informasiya mühitində uzun müddət ayaqda qalmaq hər media orqanına müyəssər olmur.
Azərbaycan Mətbuat Şurası "Qafqazinfo.az" saytının rəhbərliyini və kollektivini 15 illik yubiley münasibəti ilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.