Məşhur "GiveMeSport" portalı UEFA Superkubokunun PSJ – "Tottenhem" (2:2, penaltilər 4:3) oyunundan sonra 2025-ci il "Qızıl top" mükafatına əsas namizədlərin reytinqini açıqlayıb.
Publika.az xəbər verir ki, əsas favorit Paris klubunun vingeri Usman Dembele olaraq qalır. Onun ardınca "Barselona"nın gənc ulduzu Lamin Yamal qərarlaşıb.
Üçüncü yeri PSJ ilə trebl qazanmaqla yanaşı, Portuqaliya millisi ilə Millətlər Liqasının qalibi olan Vitinya tutub. Dördüncü pillədə Rafinya yer alıb, beşinci sıranın sahibi isə İngiltərə Premyer Liqasının bombardiri, "Liverpul"un futbolçusu Məhəmməd Salahdır.
Heybət