AZ

ADSEA: Nəqliyyat vasitələri “Formula 1” ilə əlaqədar gücləndirilmiş iş rejimində işləməyə tam hazırdır

Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar 60-a yaxın xüsusi texnika və nəqliyyat vasitəsi saz vəziyyətə gətirilərək gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir.

Publika.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-21-də “Formula 1" yarışları ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları plana uyğun olaraq tədbirlər keçirir. Bu tədbirlərdən biri Nəqliyyat və Xüsusi Texnika İdarəsində təşkil olunub. Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib. Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar.

Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.

Xidmətin rəhbərliyi tapşırıqlar verib, fəaliyyətin daha səmərəli təşkili istiqamətində tövsiyələrini bildirib. Nəqliyyat vasitələrinin işlək vəziyyətinə yerindəcə aydınlıq gətirilib.

Seçilən
8
16
publika.az

10Mənbələr