AZ

Putin hələ də Donbasın tam nəzarətini istəyir

ABŞ lideri Zelenski və Avropa liderlərini xəbərdar edib...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Alyaskadakı sammitdən sonra Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığında Rusiya prezidenti Vladimir Putinin mövqeyinin dəyişmədiyini bildirib. Onun sözlərinə görə, Putin hələ də Kiyevin bütün Donbas üzərində nəzarəti Moskvanın xeyrinə güzəştə getməsini tələb edir.

Tramp əlavə edib ki, Ukrayna öz əraziləri barədə qərarı özü verməlidir. ABŞ lideri vurğulayıb ki, onun əsas məqsədi tez bir zamanda sülh sazişinə nail olmaqdır, sadəcə atəşkəs elan etmək deyil.

Bloomberg Agentliyinə danışan mənbə də Trampın mövqeyini təsdiqləyərək bildirib ki, Ağ Evin hazırkı siyasəti sürətli sülh sazişi üzərində qurulub.

Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, bir sıra Avropa rəsmiləri narahatdır ki, Tramp indi Zelenskiyə təzyiq edərək onu sülh müqabilində ərazi güzəştlərinə razı salmağa çalışacaq.

Poliqon.info

Seçilən
88
50
poliqon.info

10Mənbələr