UFC-də bu ilin ən çox gözlənilən döyüşlərindən biri sabah səhər saatlarında baş tutacaq.

Offsideplus.az xəbər verir ki, bu döyüşdə Hamzat Çimayev və Drikus Dyu Plessi üz-üzə gələcək.

Çimayev UFC karyerasında məğlubiyyət üzü görməyib. DDP isə cəmi 1 dəfə məğlub olub.

Onların döyüşü UFC319 tədbirinin əsas kartının bir nömrəli qarşılaşması olacaq.

Bu iki idmançıdan başqa əsas kartda Leon Mörfi - Aaron Piko, Ceff Nil - Karlos Prates, Cared Kannonir - Maykl Peyc, Tim Elliott - Kay Asakura döyüşləri də keçiriləcək.

Əsas kartın qarşılaşmaları Bakı vaxtı ilə saat 06:00-dan etibarən başkayacaq.