AZ

Cəlilabaddakı qətl hadisəsinin TƏFƏRRÜATLARI

Bakupost saytına istinadən ain.az xəbər verir.

Cəlilabaddakı qətlin təfərrüatları məlum olub.

Bakupost.az xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində uzun illərdir davam edən ailədaxili narazılıq dəhşətli qətl hadisəsi ilə nəticələnib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü Təhmasib Tərxan oğlu Əliyev səhər saatlarında pəncərədən evə daxil olaraq, yatmış vəziyyətdə olan qardaşının həyat yoldaşı -1963-cü il təvəllüdlü Rəviyyə Nərimanov Əleheydər qızına çoxsaylı ölümcül zərbələr endirib.

Məlumata görə, Təhmasib və böyük qardaşı 1977-ci il təvəllüdlü Firdovsi Əliyev arasında bir müddətdir torpaq və mal-mülk məsələsinə, xüsusən də hər iki qardaşın yaşadığı evin kimə məxsus olmasına dair ciddi mübahisələr yaşanıb. Son günlər gərginlik daha da artıb və Təhmasibin qardaşının həyat yoldaşına “dilini kəsəcəyəm” şəklində açıq təhdid etdiyi bildirilir. Rəviyyə Nərimanova isə bu hədələr barədə əvvəlcədən Biləsuvarın İsmətli kəndində yaşayan ailə üzvlərinə məlumat verərək həyatından narahat olduğunu deyib.

Hadisə günü Firdovsi Əliyev səhər tezdən bazara yola düşüb. Az sonra isə evdə tək qalan qadın amansız şəkildə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır, qətli törədən Təhmasib Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
www.bakupost.az

2Mənbələr