AZ

İngiltərə millisinin hücumçusu Premyer Liqa klubunda - RƏSMİ

"Everton"dan ayrılan Dominik Kalvert-Lyuinin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ingiltərəli hücumçu "Lids Yunayted"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Dominik Kalvert-Lyuin 2016-cı ilin yayından "Everton"da çıxış edirdi. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
41
50
sportal.az

10Mənbələr