Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında mümkün yeni görüşün vaxtı barədə hələlik məlumatı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu məsələ ilə bağlı sualı cavablandıran Y.Uşakov konkret olaraq bildirib: “Hələ bilmirəm”. O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp həmkarlarına zəng etmək və onlarla cari danışıqların nəticələrini müzakirə etmək niyyətində olduğunu bəyan edib, məhz bundan sonra gələcək addımlar barədə qərar qəbul ediləcək.