AZ

Biri general-leytenant, ikisi general-mayor oldu: Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. 

General-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinova isə general-mayor rütbəsi ilə təltif edilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, general rütbəsinə yüksələn Azər Şirinov İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsinin sərhədçilərin rəisi olub. 

Azər Şirinov Vətən Müharibəsindən sonra müxtəlif orden və medallarla təltif olunub. Hazırda isə DSX-də idarə rəisidir.

General-leytenant rütbəsi verilən Babək Qurbanov isə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışır. B.Qurbanov İkinci Qarabağ Müharibəsindən sonra general olmuşdu.

O, Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Seçilən
85
12
cebheinfo.az

10Mənbələr