AZ

Belarus ilin sonuna qədər dörd “Su-30SM2” qırıcısı alacaq

Belarus Hərbi Hava Qüvvələrinin (HHQ) parkına ilin sonuna qədər dörd “Su-30SM2” təyyarəsi əlavə ediləcək.

“Report” Belarus KİV-inə istinadən xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Andrey Lukyanoviç HHQ Gününə həsr olunmuş təntənəli tədbirdə bildirib.

"Bizim parkımız daim yenilənir. Cəmi iki gün əvvəl ən yeni “Su-30SM2” təyyarələrinin növbəti partiyasını, eləcə də 12 ən yeni təyyarə, “Mi-35M” helikopterləri aldıq. Bu il də yeni aviasiya texnikasının daxil olmasını planlaşdırırıq. Bu daha dörd “Su-30SM2” təyyarəsidir", - o qeyd edib.

Seçilən
60
9
report.az

10Mənbələr