Erik Lamela peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib.
"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının sabiq yarımmüdafiəçisi karyerasını başa vurub.
33 yaşlı futbolçu bu barədə özü açıqlama yayıb. Onun sonuncu klubu Yunanıstan AEK-i olub. Lamela bundan sonra 2021-24-cü illərdə çıxış etdiyi və Avropa Liqasının qalibi olduğu “Sevilya”nın məşqçilər korpusunda çalışacaq.
Onun “River Pleyt”, “Roma” və “Tottenhem”də çıxış etdiyini də xatırladaq. Erik Argentina yığmasında 25 oyun keçirib və 3 qol vurub. 2021-ci ildə Lamelanın “Tottenhem”də çıxış edərkən “Arsenal”ın qapısına vurduğu qol ilin ən baxımlı qoluna - Puşkaş mükafatına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta