Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov ABŞ-nin Kaliforniya ştatında yaşayan mədəniyyətxadimi Sevinc Kərimova ilə görüşüb.
Komitədən Trend-ə bildirilib ki, komitə sədri xaricdə yaşayansoydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərəsadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliğiistiqamətində gördükləri işləri yüksək qiymətləndirib.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafındavə iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsindəAzərbaycan diasporunun aktiv rol oynadığını söyləyib. Xaricdəyaşayan azərbaycanlı icmaların və soydaşlarımızın hər zamanPrezident İlham Əliyevin və Birinci vitse-prezident MehribanƏliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunuvurğulayıb.
Sevinc Kərimovaya “Diaspor fəaliyyətində xidmətə görə”Azərbaycan Respublikasının medalı təqdim edilib.
Qonaq fəaliyyətinə verilən dəyərə görə Azərbaycan dövlətinəminnətdarlığını bildirib. Azərbaycanın və mədəniyyətinin ABŞ-dətanıdılması, gənc soydaşlarımızın milli ruhda tərbiyəsi üçün bundansonra da çalışacağını, diaspor fəaliyyətinin daha səmərəlitəşkilində səylərini əsirgəməyəcəyini dilə gətirib.
Qeyd edək ki, mədəniyyətimizin tanınmış simalarından olan SevincKərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramlarıilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimifəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. FəaliyyətiniABŞ-də davam etdirən soydaşımız “Golden Arts EntertainmentProduction” şirkətində prodüser kimi işləyib. Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və“Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
Sevinc Kərimova həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovlabirlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyüksəhnələrə çıxmasına dəstək göstərib. Onların övladları - RüstəmVəkilov Hollivudda film çəkən ilk azərbaycanlı rejissor, NigarVəkilova isə moda sahəsi üzrə fotoqrafdır.