AZ

Ac qarına qəhvə içmək niyə zərərlidir? – Həkim açıqladı

Səhər ac qarına içilən qəhvənin hər kəs üçün zərəri var.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Aleksandr Umnov danışıb

Onun sözlərinə görə, qəhvə ürək döyüntüsünü sürətləndirir, beynin aktivliyini artırır, amma bu stimulasiya həmişə müsbət olmur:

"Bu, insanlarda əsəbilik, narahatlıq və yuxusuzluq yarada bilər. Bundan əlavə, təzyiqi yüksək olan insanların qəhvə içməsi ümumiyyətlə məsləhət görülmür, çünki ürək döyüntülərini artırır və əlavə gərginlik yaradır".

Həkim bildirib ki, ac qarına qəhvə içmək əvəzinə ilk növbədə su içmək lazımdır:

"Çünki səhər oyananda qanın tərkibi daha qatı olur və su içmək onu durulaşdırır. Əgər insan səhər su içmədən birbaşa qəhvə içib qan analizi versə, qanın damardan götürülməsi çətinləşə bilər.

Ac qarına qəhvənin acılığı və turşuluğu mədəyə ziyandır. Bu həm qaynadılmış, həm də həll olunan qəhvəyə aiddir və nəticədə qastrit, həzm problemləri və xoşagəlməz yanma hissi yarada bilər. Bundan başqa, müxtəlif dadlandırıcılarla olan qəhvələrdə çox vaxt sintetik ətirlər olur ki, onlar da allergiya, qaşınma və yanma kimi fəsadlara səbəb ola bilər, xüsusilə də ac qarına içildikdə".

Həmidə İbrahimova

Seçilən
4
1
olke.az

2Mənbələr