Baku.ws saytına istinadən ain.az xəbər verir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587.1 min olub.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 1.9% azalma deməkdir.
Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103.4 min sərnişin istifadə edib.
Xatırladaq ki, hazırda Bakıda metropolitendə stansiyaların sayı 27-dir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.