AZ

Azərbaycan Tbilisidə keçiriləcək beşinci İpək Yolu Beynəlxalq Forumunda təmsil olunacaq

Oktyabrın 22-23-də Tbilisidə beşinci İpək Yolu Beynəlxalq Forumu keçiriləcək.

İki sahil”in məlumatına görə, Gürcüstanın Sənaye-Ticarət Palatasından AZƏRTAC-a bildiriblər ki, foruma Azərbaycandan da nümayəndələr dəvət olunub. Ölkəmiz tədbirdə rəsmi nümayəndə heyəti ilə iştirak edəcək. Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır.

Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.

Məlumata görə, forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanın inkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu və enerji sektorunun inkişafı və modernləşdirilməsi və s. aktual məsələlər müzakirə olunacaq. Oktyabrın 22-də rəsmi açılışdan sonra forum işini panel iclaslarda davam etdirəcək.

Forumda 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.

Seçilən
33
2
ikisahil.az

3Mənbələr